Görüş Almaniya kanslerinin vasitəçiliyi ilə Münhendə Paşinyan-İlham Əliyev görüşündə təşkil olunub. Berbok Almaniyanın irəliləyiş üçün uyğun platforma təklif etmək istədiyini deyəndə, o, sadəcə danışıqlar formatını nəzərdə tutur, yoxsa Berlinin danışıqlarda irəliləyişin mümkünlüyünü nəzərə alan konkret substantiv təklifi var? Mümkündür ki, bu suallara az-çox təxmini cavab danışıqların ikinci gününün sonunda verilə bilər. Ancaq təklif olsa belə, çətin ki, həmin təklif iki günlük danışıqlardan dərhal sonra qaldırılsın və ictimailəşdirilsin.
Vəziyyəti buna qədər hər iki tərəfin bir neçə dəfə irəli sürdüyü arifmetik nisbətlə qiymətləndirsək, belə çıxır ki, Berlin sözdə sülh müqaviləsinin 70 faizinin razılaşdırılmış hesab edildiyini nəzərə alaraq, razılaşdırılmayan 30 faiz məsələsini həll etməyə çalışmalıdır. Əgər Berlinin əsaslı təklifi olarsa, sual yaranacaq ki, bu təklif və ya təkliflər, məsələn, əvvəlki il ərzində Rusiya və ABŞ danışıqlar platformalarında cərəyan edən proseslərlə nə dərəcədə müqayisə oluna bilər? Vaşinqtonda ümumilikdə yeddi gün davam edən iki raund danışıqlar baş tutub. Hər raunddan sonra Brüsseldə görüş baş tutub.
Lakin sonradan bu proses dayandı, əvəzində Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi ilə bağlı təklifləri bir-birinə ötürmək, belə demək mümkündürsə, transfer diplomatiyası genişləndi. İndi Berlin estafeti öz üzərinə götürməyə çalışır və Fransanın təxribatlarından sonra niyə bu məsələnin Almaniyaya ötürüldüyü hər kəsə yaxşı məlumdur. Beləliklə, Berlində yeni xətt formalaşır, habelə onu Vaşinqton və Brüssellə birləşdirən “institusional yaddaş” var.
Firuz Bağırov
Ordu.az